KANAL24.AZ
Az Iw En Ru

Ruhaninin qızlarla olan şəkli ölkəni "qarışdırdı"-VİDEO

İran prezidenti Həsən Ruhaninin Novruz bayramı tətilində paytaxt Tehrana yaxın dağ gəzintisi zamanı idman paltarı ilə çəkdirdiyi fotoşəkli instaqram hesabında paylaşması reaksiyalara səbəb olub.

İki gənc qız və bir oğlanla çəkilən fotoşəkil 17 mindən çox insan tərəfindən şərh edilib.

Prezidentin saçları açıq qızlarla idman paltarında şəkil çəkdirməsi bir çoxları tərəfindən “seçki şousu” kimi qiymətləndirilib. Xüsusilə, mühafizəkarlar qızların geyimini “islam respublikasının dəyərlərinə zidd” adlandırıb.

Keçmiş mühafizəkar millət vəkili Hamid Rasa isə qeyd edib ki, Ruhani hökumətin iqtisadi müvəffəqiyyətsizliyini pərdələmək niyyətindədir.

Ruhani tərəfdarları isə prezidenti dəstəkləyən şərhlər yazıblar.


17:57 28.03.2017