KANAL24.AZ
Az Iw En Ru

Ana doğduğu “Tanrını” əmizdirməkdən imtina etdi - ŞOK FOTOLAR

35 yaşlı Xalidə xanım bir həftə əvvəl dünyaya uşaq gətirib. Amma o, doğduğu körpəni əmizdirməkdən imtina edir. Çünki körpəsi kiçik başlı, domba gözdür, bədən ölçüləri də standartlara uyğun deyil. Ananı “Yadplanetli” adlandırılan körpəsini əmizdirməkdən çəkidirən də bu səbəblərdir.
 
Xarici mediaya istinadla xəbər veririk ki, Hindistanda yaşanan bu insanlıq dramı ilə qarşılaşan ana körpəni özündən uzaq tutmağa çalışır. 4 uşaq anası olan Xalidə tibb bacılarından yeni doğulmuş körpəsini onun gözünün qabağından götürmələrini tələb edir. 
 
Həkimlər uşağa “müvəqqəti deformasiya olmuş üz xəttləri və kloun döl xəstəliyinin əlamətləri” diaqnozunu qoyublar. Amma bu əlamətlər eyni zamanda başqa bir xəstəlik – “anensefali” ilə də uyğun gəlir.
 
Britaniyada hər il beş uşaq kloun döl xəstəliyi ilə dünyaya gəlir. Təxminən hər 10.000 hamiləlikdən 3-ü isə “anensefali” xəstəliyindən əziyyət çəkir. 
 
Biçarə ana doğuşdan sonrakı vəziyyətini belə təsvir edir: “Bu görünüşə malik bir uşaq dünyaya gətirdiyimə inanmadım. Şok olmuşdum və bu vəziyyətdən çox kədərləndim. Mamaçadan uşağı gözümün qarşısından götürməsini istədim".
 
Uşağın daşıdığı xəstəliyin dəqiq adı hələ bəlli olmayıb. Uşağın meymun hindu Tanrısı “Hanuman” olduğuna inanan sakinlər isə qadının evinə axın etməyə başlayıblar. Sakinlər körpəni ziyarət edir, onu Tanrı kimi müqəddəsləşdirirlər.
 
 
 
 

17:10 28.03.2017