KANAL24.AZ
Az Iw En Ru

Ötən gün dənizdə batan şəxsin axtarışları davam etdirilir

Martın 27-də Kür çayının Xəzər dənizinə qovuşan hissəsində gəmidən yıxılaraq batan şəxsin axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin batması barədə məlumat daxil olduqdan sonra Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək


15:48 28.03.2017