KANAL24.AZ
Az Iw En Ru

DÇ-2018-ə bir addım daha YAXINLAŞANLAR

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib.
 
C, E və F qrupundakı oyunlarla V tura yekun vurulub.
 
Həftənin son oyun günü Azərbaycan yığmasının yer aldığı C qrupunda da görüşlər baş tutub. Millimiz Almaniyaya məğlub olub, Çexiya asan San-Marino səfərində 6 qol vurub. Norveç isə Şimali İrlandiya səfərində məğlub olub - 0:2.
 
Bundan başqa, E qrupunda Polşa Monteneqronu məğlub edib.
 
Şotlandiya ilə Sloveniya arasındakı F qrupunun mərkəzi oyununda isə birincilər seviniblər.
 
DÇ-2018-in seçmə mərhələsi
 
Avropa zonası, V tur
 
26 mart
 
C qrupu
 
San-Marino – Çexiya - 0:6
 
Qollar: Barak, 17, 24, Darida, 19, 77, Cebre Salesie, 26, Krmençik, 43
 
Azərbaycan – Almaniya - 1:4
 
Qollar: Nazarov, 31 - Şürrle, 19, 81, Müller, 37, Qomez, 45
 
Şimali İrlandiya – Norveç - 2:0
 
Qollar: Vard, 2, Vaşinqoton, 33
 
E qrupu
 
Ermənistan – Qazaxıstan - 2:0
 
Qollar: Mxitaryan, 73, Aras Özbiliz, 75
 
Monteneqro – Polşa - 1:2
 
Qol: Muqosa, 63 - Levandovski, 40, Pişçek, 82
 
Rumıniya – Danimarka - 0:0
 
F qrupu
 
İngiltərə - Litva - 2:0
 
Qollar: Defo, 22, Vardi, 66
 
Malta – Slovakiya - 1:3
 
Qollar: Farruqia, 32 - Vays, 2, Qrequs, 41, Nemec, 84
 
Şotlandiya – Sloveniya - 1:0
 
Qol: Martin, 88

16:20 27.03.2017