KANAL24.AZ
Az Iw En Ru

Ukraynada vertolyot qəzaya uğradı - 5 nəfər öldü VİDEO

Bu gün Ukrayna Silahlı Qüvvələrinin “Mi-2” hərbi vertolyotu Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.

Bu barədə Ukrayna Hərbi Əməliyyat Mərkəzinin “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

İlkin versiyaya əsasən, vertolyot elektrik xəttinə çırpılma nəticəsində yerə düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Ölənlərin sayı barədə məlumat verilməsə də, meyitlərin evakuasiyasının aparıldığı bildirilib. 


03:20 27.03.2017