KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan bu qırıcı ilə düşməni DARMADAĞIN edəcək – VİDEO

Azərbaycan Ermənistanla müharibə şəraitində yaşadığına görə ildən ilə silah arsenalını genişləndirməkdədir. Belə ki, ötən illərlə yanaşı bu il də ölkəmizi müdafiə etmək və düşmənə cavab zərbələri endirmək üçün müxtəlif texnikalar əldə edib. Onlardan biri də Pakistandan aldığımız «JF-17 Thunder» döyüş qırıcılarıdır.

Xatırladaq ki,  2017-ci ilin dövlət büdcəsində müdafiə (hərbi) xərcləri 63,6% və yaxud 1,027 mlrd. manat artırılaraq 1,615 mlrd. manatdan 2,642 mlrd. manata çatdırılıb.

Bu qırıcının istehsalçıları Çin və Pakistandır. Rusiyalı hərbi ekspertlər isə bildirirlər ki, qırıcının ilk prototipi Rusiyaya məxsusdur, ondan sonra Çin bu variantın üzrərində qırıcını istehsal etmiş, Pakistan da öz qırıcısını Çinin istehsal etdiyi döyüş qırıcısına bənzətmişdir.

«JF-17 Thunder»
«JF-17 Thunder»

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, ruslar belə uydurma bir şey söyləməklə Pakistandan silah almağımıza nazarı olduqlarını açıq şəkildə bəyan edirlər:

“Haqqında danışılan o «JF-17 Thunder» qırıcıları yeni nəsil təyyarələrdən biridir. Pakistan da Çin istehsalı olmasına baxmayaraq, çox ölkələrlə yanaşı həmin qırıcıları istehsal edib. Pakistanın tək nüvə silahına malik olması bu ölkənin hansı böyük bir gücə sahib olduğunun göstəricisidir. Yerindən duran öz bazarını tərifləməyə çalışır. Rusiyalı ekspertlər də ancaq imkanları geniş olan dövlətləri gözdən salmağa çalışırlar”.

Ekspertlər bildirirlər ki, “JF-17 Thunder” qırıcısı “MiQ-29” təyyarələri ilə eyni xüsusiyyətlərə malikdir. Həmçinin təyyarənin yüksək manevrlik qabiliyyəti var.

Pakistanda istehsal edilən “JF-17 Thunder” qırıcı təyyarənin adındakı “JF” abreviaturasının açılışı “Joint-Fighter” (Vahid qırıcı), “Thunder” isə “İldırım” mənasını verir.

Çində istehsal edilən qırıcı təyyarə isə “FC-1 Xiaolong” adı ilə tanınır. “FC” abreviaturasının açılışı “Fighter-China” (Çin qırıcısı), “Xiaolong” isə “Qəddar əjdaha” mənasını verir.

Qırıcı təyyarənin taktiki-texniki xüsusiyyətləri (Blok-1)

Ekipaj: 1 nəfər

Uzunluğu: 14.93 m

Hündürlüyü: 4.72 m

Qanad genişliyi: 9.45 m

Qanad sahəsi: 24.4 kv.m.

Boş çəki: 6,586 kq

Yüklənmiş çəki: 9,100 kq

Maksimum qalxma ağırlığı: 12,500 kq

Manevr qabiliyyəti: +8g / -3g

Daxili yanacaq çəni: 2,350 kq

Mühərrik: 1 ədəd RD-93 Klimov

JF-17 “Thunder” 8.107 metr hündürlükdə.

 

Uçuş keyfiyyətləri

Maksimum sürət: Mach 1.6 (1960 km/s)

Döyüş radiusu: 1,352 km

Uçuş tavanı: 16,920 m

Çəkmə gücünün çəkiyə nisbəti: 0.95

Qırıcının 3 istehsal variantı var: JF-17 Blok 1, JF-17 Blok 2, JF-17 Blok 3. JF-17
“Thunder” qırıcı təyyarələrinin qiyməti 15 – 25 milyon dollar təşkil edir.


01:42 27.03.2017