KANAL24.AZ
Az Iw En Ru

"Suarezin bu hərəkəti futbol pornosudur"

"Mançester Yunayted"in sabiq futbolçusu Erik Kantona "Barselona" - PSJ (6:1) qarşılaşmasında Luis Suarezin yıxılmasından sonra təyin olunan penaltiyə münasibət bildirib.

Kanal 24.az  goal.az-a istinadən xəbər verir ki, Kantona uruqvaylı forvardın yerdə qaldığı epizoda maraqlı şərhi ilə yadda qalıb.

"Suarezin PSJ ilə oyundakı simulyasiyası futbol pornosudur. O, artıq dişləmir. İndi artıq simulyasiya ilə məşğuldur. Bunun öhdəsindən kifayət qədər dramatik gələ bilir. Futbol gedəndə sevgi ilə məşğul olmayın. Nəyisə qaçıra bilərsiniz", - fransız deyib.


00:37 26.03.2017