52 yaşlı qadın 15 itin hücumuna məruz qalıb.
Kanal 24.az xəbər verir ki, hadisdə Türkiyənin Kayseri bölgəsində yaşanıb.
Xədicə Uyğur tarlada işlədiyini və birdən ona bir itin yaxınlaşdığını, ardından 15 itin hücum etdiyini deyib.
İtlər qadının 80 yerindən dişləyib, onun köməyinə ətrafda işləyənlər gəlib. Xəstəxanaya yerləşdirilən qadına quduzluğa qarşı iynə vurulub.
Qadın hələ də hadisənin şokunda olduğunu deyib.