KANAL24.AZ
Az Iw En Ru

Brüsseldə Xocalı faciəsinin ildönümü qeyd edilib

Belçikanın Gent şəhərində “Azərbaycan-Belçika Dostluq Cəmiyyəti”, “Gent Türk Ocağı”, “Met Steun van FZO-VL” təşkilatı (Öz Dərnəklər Federasiyası) və TÜRKSAM-ın təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümü sərgi və konfransla yad edilib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi Avropa İttifaqı yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, konfransda çıxış edən səfir F.İsgəndərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açmış və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirmişdir. Səfir son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqət yönəltmiş və bunun Azərbaycan xalqının sülhsevərliyinin sübutu olduğunu vurğulamışdır.

Konfransda çıxış edən Türkiyənin Antverpen şəhərindəki konsulu A.Sevim, "Azərbaycan-Belçika Dostluq Cəmiyyəti"nin sədri A.Dəmirçi və digər təşkilat rəhbərləri Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulamışlar. Natiqlər Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd etmiş və Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulamışdır.

Konfrans və sərgi Belçikada fəaliyyət göstərən türkdilli KİV-də geniş şəkildə işıqlandırılmışdır.


00:38 24.02.2015