KANAL24.AZ
Az Iw En Ru

Benzema: "Milliyə çağrılmadığım üçün izahat tələb edirəm"

"Real Marid"in hücumçusu Kərim Benzema 2015-ci ilin oktyabrından Fransa millisinə dəvət almır.Benzema növbəti dəfə bu şərəfə nail olmadığına görə narazılığını ifadə edib.

"Fransa millisinə növbəti dəfə dəvət almamağım ədalətli olmadı. "Real" kimi böyük klubda forma geyinmək və millidən kənarda qalmaq çətindir. Millidə çıxış etmək böyük şərəfdir. Hər dəfə milli komandaya dəvət almamaq məni kədərləndirir. İzahat tələb edirəm. Fransa millisini sevmədiyimə inananlar haqlı deyil. Mən millidən Valbuenanın şantajı məsələsinə görə kənarda qalmışdım. Bu işdə günahsız olduğum təsdiqləndi və etdiklərimin acısını kifayət qədər çəkdim".


18:22 24.03.2017