KANAL24.AZ
Az Iw En Ru

Seyidlərə ehtiram göstərmək barədə dinimizdə göstəriş varmı?

Seyidlər Peyğəmbərin (s) ulu əcdadı Haşimin nəslindəndirlər. Müsəlman aləmində bilavasitə Peyğəmbərin (s) nəslindən törəmiş seyidlər sayca üstünlük təşkil edirlər və daha artıq ehtirama layiq görülürlər.

Tarix boyunca həmişə seyidlər hörmətli sayılmışlar. Məclisin yuxarı başında seyidi əyləşdirər, onun xeyir-duasını alar, bayramlarda onları ziyarət edər, seyid ailələri ilə qohum olmağa çalışarlar. Şəriətin vacib buyurduğu xümsün yarısının fəqir seyidlərə verilməsi də onların hörmətini artırmaq və möhtaclığının qarşısını almaq üçündür. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Mənim övladlarıma hörmət edən mənə hörmət etmişdir". "Mənim şəfaətim öz əli, dili və malı ilə nəslimə yardım göstərən şəxsə nəsib olar" (Müstədrək əl-Vəsail, 12-ci cild, səh. 376).


06:00 24.03.2017