KANAL24.AZ
Az Iw En Ru

"Abxaziya və Osetiya heç vaxt qayıtmayacaq"

Suxumi və Tsxinvali Gürcüstanla nə federativ, nə də konfederativ əlaqədə olmaq istəyir.

Bunu jurnalistlərə açıqlamasında rusiyayönlü Gürcüstan Vətənpərvərlər Alyansından olan deputat Ada Marşaniya söyləyib.

“Suxumi və Tsxinvali Rusiyaya daha çox inteqrasiya olunmağa başlayıb. Onlar Rusiyanın bir hissəsinə çevrilib, bizdən uzaqlaşırlar. Siz anlamırsınız ki, abxazlar və osetinlər heç vaxt Gürcüstanın muxtariyyəti olmağa razılaşmayacaqlar? Biz buna çarə tapmalıyıq”, – deyə o bildirib.


15:48 23.03.2017