KANAL24.AZ
Az Iw En Ru

Tiflis izn verdi: Rusiya İrəvana silah daşıyır – Video

Gürcüstanın Bolnisi rayonunda Rusiya nömrələri olan yük maşınları hərəkət edirlər.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkatının sədri Nuqzar Siklauri söyləyib. O, bu yük maşınlarının Ermənistana hərbi texnika daşıdığını bildirib:

“İlk növbədə prezident və hökumətə bu yüklərin hansı məqsədlə daşınmasını öyrənmələri üçün müraciət edirik. Bizim ehtimalımıza görə, bu yüklər hərbi xarakterlidir. Bu yük Ermənistana aparılır”.

Qeyd edək ki, 2008-ci il savaşından sonra Gürcüstan Moskva ilə İrəvan arasındakı yerüstü əlaqələri kəsib. Bu qadağa xüsusilə hərbi yüklərin daşınmasına aid edilib.

 

 


15:44 23.03.2017