KANAL24.AZ
Az Iw En Ru

Rusiya Donbasda ikinci Osetiya ssenarisi hazırlayır

Donbasda istənilən an Rusiyaya birləşməklə bağlı referendum ola bilər.

Bunu jurnalistlərə açıqlamasında separatçı Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko söyləyib.

“Bu referendumu 2014-cü ildə olduğu kimi bütün Donetsk vilayəti ərazisində keçirmək lazımdır. Hər şeyin öz zamanı var. Əgər zaman yetişsə, referendum elan ediləcək”, – o bildirib.

Qeyd edək ki, Donbas Ukrayna ərazisidir. 2014-cü ildə Rusiyanın bölgədəki separatçılara aktiv dəstəyindən sonra bu ərazilər Ukraynanın nəzarətindən çıxıb.


05:22 23.03.2017