Böyük Britaniyada parlament binası yaxınlığında baş verən terror zamanı baş nazir Tereza Mey parlamentdə olub.
Hadisə baş verən zaman Mey binadan uzaqlaşmağa çalışıb. Hadisə şahidlərinin sözlərinə görə, baş naziri avtomobilə qədər bir neçə şəxs müşayət edib və Mey gümüşü "Jaguar" maşınına minərək hadisə yerindən uzaqlaşıb.