KANAL24.AZ
Az Iw En Ru

Mozaikanın sökülməsiylə gündəmə gələn universitet yenidən təmirə bağlandı - FOTO/VİDEO

Bir müddət öncə Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə gündəmə gələn Bakı Slavyan Uuniversiteti (BSU) yenidən təmirə bağlanıb.

Kanal 24.az -ın əldə etdiyi məlumata görə, hazırda Universitetin fasadı yenidən sökülür.

İş günü olmadığından məsələ ilə bağlı BSU-dan telefon zənglərimizə cavab verən olmayıb.

Xatırladaq ki, 2016-cı ilin avqust ayında Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tərəfindən universitetin giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı verilən qərar ictimaiyyət arasında etirazla qarşılanmışdı.


21:18 22.03.2017