KANAL24.AZ
Az Iw En Ru

Stressə qalib gəlməyin yolları

Stress- insanın gözlənilməz, onu gərginləşdirən şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır. Ruh düşkünlüyünə, hətta bir sıra xəstəliklərə səbəb olan stressin səbəbləri çox olduğu kimi, onunla mübarizə yolları da az deyil.
 
 Publika.az xəbər verir ki, diyetoloq Şəfiqə Aydın Səlcuq payız aylarında yaranan bu kimi stressin qarşısını almaq üçün bədəni rahatlaşdıran içkilərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, alma və nanə çayı sakitləşdirici xüsusiyyətlərə malikdir. Daim stress altında olan insan şirniyyatlara, yağlı və hazır qidalara, daha çox meyl edir. Amma həmin ərzaqlar stress əleyhinə kömək etmir, insan gün ərzində özünü yuxulu və yorğun hiss edir, əlavə stresslə yükləyir.
 
Qeyri-sağlam qidalanma, uzun müddət ac qalmaq, həddindən artıq yağlı yeməklər, alkoqol və həddindən artıq kofein qəbul etmək əsəbilik və dözümsüzlük kimi xoşagəlməz vəziyyət yaradır. Dolayısı ilə stress hormonlarını çoxaldır. Piroq və qoğal kimi un məmulatları yerinə, kəpəkli çörəkarası pendir, qoz və fındıq kimi daha az yağlı və doyumlu məhsullar seçin. Gündə ən az bir dəfə zülallı qidalara yer verin. Əgər insanın zülal ehtiyacı qarşılanmazsa, həm maddələr mübadiləsi zəifləyir, həm də orqanizminizdə anemiya (qanazlığı), halsızlıq və əzələ itkisi yaranır ki, bu da insanın özünü zəif və gücsüz hiss etməsinə yol açır.
 
Stress zamanı immun sisteminin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə tutulmaq riski artır. Yerkökü, tünd-yaşıl yarpaqlı tərəvəzlər, sarı-narıncı meyvələrdə olan beta-karotin də immun sisteminə müsbət təsir göstərir.
 
Alma və nanə çayının hazırlanması: Almanı yuyub təmizləyib kvadrat şəklində doğrayır, limonu dilimlərə bölür, sonra isə doğranmış nanə və 1 çay qaşığı toz şəkəri alma və limonun üzərinə əlavə edirik. Üstünə qaynar çay töküb dəmlənməsi üçün 30 dəqiqə gözləyirik.
 
Stresslə mübarizənin bir neçə digər üsulu:
 
Streslə mübarizə özünətəsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz. Optimist olun. Pessimizm stressin yüksək səviyyədə olmasına zəmanət verir.
 
Müntəzəm olaraq idmanla məşğul olun.
 
Hər işə nizam-intizamla yanaşın. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən "azadlıq" hissi bəxş etsə də, əslində, stres yaradır.
 
Yaxşı yaşamağa çalışın - vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.
 
Keçmiş hadisələr haqqında çox fikirləşməməyə çalışın. Arabir masaj salonuna getmək - gərginliyin, stresin azalmasına təsir edir.
 
Həmişə hadisələrin xeyrinə, ümumiyyətlə, yaxşı sonluqla qurtaracağına inanın.

 


21:07 22.03.2017