KANAL24.AZ
Az Iw En Ru

2030-cu ildən sonra dünyanı bu şirkət idarə edəcək

Avropa və Amerikanın, eləcə də, texnologiyanın yüksək inkişaf etdiyi uzaq Şərq ölkələrində-Yaponiya, Çin və Koreyada bir çox ciddi elmi portal və jurnalların yazdıqları məqalədə bir məqam oxşarlıq təşkil edir.  Artıq 2030-cu ildən sonrakı dövrə aid edilən həmin oxşar məqam dünyanın elmi mərkəzlərinə həyəcan siqnalı göndərmiş olub.
 
Bəşəriyyətin 2030-cu ildən sonrakı tarixindən sonra  süni zəkanın üstünlüyü birə beş artacaq. Temperaturu süni zəka müəyyənləşdirəcək, sürücüsüz avtomobilləri idarə edəcək. Artıq bu iki özəlliyə sahib olan Nest və Venzei şirkətləri də yüksək pul müqabilində müsadirə edilib.
 
Üç il bundan əvvəl süni temperatur yaratma qabiliyyətinə malik olan Nest şirkəti Google tərəfindən 3 milyard dollara satın alındı. Həmçinin, insanlar üçün vacib olan başqa üstünlükləri təmin edən şirkətlər də Google tərəfindən alınıb. Bu gün internet dünyasının 65 faizi hesab edilən Google-nin  2030-cu ildə bütün dünyanı idarə edəcəyi elmi portallar tərəfindən həyəcan siqnalı kimi vurğulanır.

19:50 22.03.2017