KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda faciə: gənc oğlan öldü, qız isə reanimasiyadadır

Polis və prokurorluq istintaqa başlayıb

Azərbaycanın Quba rayonunda bu gün iki faciəvi hadisə baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba rayonu Digah kəndinin sakini, 25 yaşlı Vüqar Mikayıl oğlu Kazımov dəm qazından zəhərlənib.

Quba rayon mərkəzi xəstəxanasının təcili yarım briqadası hadisə yerinə yola düşüblər. Amma həkimlər 25 yaşlı gəncin öldüyünün şahidi olublar. Quba rayon prokurorluğu istintaqa başlayıb.

Bu gün həm də Quba rayonu Təngəaltı kənd sakini, 23 yaşlı Çiçək Mövlanova huşsuz vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilib. Həkimlər onun dərmandan zəhərləndiyini ehtmal edirlər. Hazırda o, reanimasiyadadır. Hadisə polis və prokurorluq tərəfindən araşdırılır.  


05:47 22.03.2017