KANAL24.AZ
Az Iw En Ru

“Bin Laden” qrupu 2020-ci ildə Məkkəni bu hala salacaq - VİDEO

Dünya müsəlmanlarının Həcc ziyarətini icra etdiyi ən müqəddəs məkanı olan  Məkkədəki Məscidül-Həramın genişləndirilməsinin üçüncü mərhələsi başlanır. 
 
Yeni layihə məsciddə eyni zamanda 1,6 milyondan çox zəvvarın ibadət etməsinə hesablanıb. 
 
Xatırladaq ki, Məkkənin genişləndirilməsi 2011-ci ildən mərhum Səudiyyə kralı Abdullah bin Əbdüləziz tərəfindən  başlanılıb. Ancaq təzadlısı odur ki, layihə vaxtilə ABŞ tərəfindən “dünyanın 1 nömrəli terrorçusu” elan edilərək öldürüldüyü bildirilən  Bin Ladenin qardaşlarının  rəhbərlik etdiyi “Binladen” şirkətlər  qrupu tərəfindən həyata keçirilir.  
Rəsmi “Saudi-Press” agentliyinin məlumatına görə təxminən 26,6 milyard ABŞ dolları dəyərində olan layihəyə əsasən binanın genişləndirilməsi 1.47 milyon kvadrat metri əhatə edir.  Binaya ibadət üçün  yeni  6 mərtəbə əlavə ediləcək,  78 yeni qapı, 680 eskalator, 24 lift və 21min ayaqyolu  və dəstəmaz yeri quraşdırılacaq. 
 

 

 


18:41 21.03.2017