Goranboy rayonununda bəzi kəndlər isıqsız qalıb.
Əsən güclü külək Xoylu, Məşədiqaralar, Eyvazlılar, Boluslu, Qızılhacılı, Qərvənd, Aşağı Ballıqaya kəndlərinə verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Qeyd edək ki, rayon mərkəzində, Şəmmədli, Rəhimli kəndlərində elektrik enerjisinin verilməsi bərpa olub.
Hazırda rayon ərazisində külək davam edir.
Sakinlərin verdiyi məlumata əsasən, naqillərin köhnə olması tez-tez elektrik kəsintisinə səbəb olur.