KANAL24.AZ
Az Iw En Ru

Allahşükür Paşazadə Məkkədə terrorla bağlı konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd İslam Aləmi Liqasının təşkilatçılığı ilə 22-24 fevral tarixlərində Məkkədə keçiriləcək “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimlərinin qatılacagı tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.


01:07 21.02.2015
Xəbər lenti
Bütün xəbərlər