KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava durumu

Azərbaycanda martın 14-ü - torpaq çərşənbəsinə gözlənilən hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 2-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

04:16 14.03.2017