KANAL24.AZ
Az Iw En Ru

Millət vəkili yaralı tələbələrə baş çəkdi

Bu gün 9 mart tarixində Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış dörd tələbə gənci 1 saylı Klinik Tibbi Mərkəzdə ziyarət etdim.


Millət vəkili tələbələrin özləri və valideynləri ilə görüşüb, onların vəziyyəti, müalicə gedişi və xəstəxana şəraiti ilə maraqlanıb: "Valideynlər şəraitdən və müalicədən razılıq etdilər, daim tibbi personalın diqqətində olduqlarını bildirdilər. Bu gün orda olan iki tələbə qız əməliyyat olunublar və əməliyyatdan sonrakı vəziyyətləri qənaətbəxşdir. Orda olduqda qızların həkimi Tamara xanım Dvanaladze ilə söhbət etdim, o əməliyyatın uğurla keçdiyini bildirdi. Müalicə alan gənclərin ikisi qızdır. Azadə Mədətzadə və Xavər Sadıqovaya gül dəstəsi aparmışdım. Gül dəstələrini bağlatdığım Nəsimi bazarında gül satıcıları gül dəstələrini nə üçün aldığımı bildikdə məndən pul götürmədilər. Qızlara, Rəsul Sadıqova və Emil Həmidova tezlikə sağalmağı arzu etdim

 

03:11 14.03.2017