KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava durumu

Ölkə ərazisində martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
 
Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın səhər və gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Qar yağacağı, intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
 
Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

06:40 11.03.2017