KANAL24.AZ
Az Iw En Ru

Elmira Süleymanova vəzifədən gedir? - YENİLƏNİB

Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur.

Bunu açıqlamasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O qeyd edib ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanununa əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Qeyd edək ki, Elmira Süleymanova 2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Onun səlahiyyət müddəti bu ilin martın 5-də başa çatıb.

Qanunvericiliyə əsasən, Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edəcək. Parlament isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul etməlidir.

----------

11:55

 

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb.

2010-cu il martın 5-dən müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qeyd edək ki, Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər.


19:39 09.03.2017