KANAL24.AZ
Az Iw En Ru

8 Martda hava necə olacaq?

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda hava şəraiti mülayim və sabit olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava sabit keçəcək, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda havanın temperaturunun gündüz 10-15, Aran rayonlarında 12-17, dağlıq rayonlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir.

Ümumilikdə bayram günü hava şəraiti ölkə üzrə mülayim, sabit, əsasən yağmursuz olacaq.


17:30 07.03.2017