KANAL24.AZ
Az Iw En Ru

“900-dək Azərbaycan vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”

“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.

M. Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.


19:01 03.03.2017