KANAL24.AZ
Az Iw En Ru

Trampın təklifini rədd dən daha bir siyasətçi

ABŞ-ın Hərbi-Dəniz Qüvvələri naziri postuna namizəd olan Filip Bilden vəzifədən imtina edib. 

Kanal24.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
 
"Bu, onun şəxsi səbəblərlə bağlı olan öz qərarıdır. Beləliklə, biz digər namizədləri nəzərdən keçirməli olacağıq", deyə C.Mettis bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser ehtiyatda olan kəşfiyyat zabiti, iş adamı Filip Bildenin namizədliyini geri götürəcəyi ilə bağlı yayılan məlumatları təkzib edirdi. Fevralın 15-də ABŞ prezident Donald Trampın əmək naziri postuna namizədliyini irəli sürdüyü Endryu Pazder bu təklifdən imtina edib.


15:55 27.02.2017