Əlcəzairin Konstantina şəhərində baş vermiş terror aktı nəticəsində bir neçə nəfər yaralanıb.
"RİA Novosti"agentliyi xəbər verir ki, kamikadze polis məntəqələrinin birinin yaxınlığında "intiharçı kəmərini" işə salaraq özünü partladıb.
Əlcəzairin təhlükəsizlik orqanları hüçum edənin şəxsiyyətini artıq müəyyənləşdirib. Məlumata görə o, əvvəllər də hüquq mühafizə orqanları əməkdaşlarına qarşı hücumlarda iştirak edib.