KANAL24.AZ
Az Iw En Ru

Nizami Çıraq Prezident İlham Əliyevə Təşəkkür etdi

Kanal24.az xəbər verir ki,“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentint Sərəncam imazlayaıb.

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətininbir qrup işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər. Onların arasında Çıraqov Nizami Qəfər oğlu da var. 


N.Çraqov uzun illərdir ki, rəhbər vəzifələrdə çalışıb. Son bir ildir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Göygöl regional yaşıllaşdırma idarəsinin müdiri vəzifəsində işləyir. 

N.Çraqov - Cənab Prezident! “Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, ulu öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız, vətənpərvərliyiniz sayəsində daha da zənginləşdirilərək, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir. Siz son illər müasir dünyamızda gedən prosesləri Azərbaycanın milli maraqlarına yönəltməyi müvəffəqiyyətlə bacardınız və Azərbaycanın dünyada sürətlə inkişaf edən demokratik bir ölkə kimi nüfuz qazanmasını təmin etdiniz. Biz bununla hədsiz qürur duyuruq.

İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz Sizin həyata keçirdiyiniz uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır. Sizin xüsusi dəstəyiniz və səyləriniz nəticəsində respublikanın hər yerində abadlıq və quruculuq işləri aparılır. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində bütün sahələrdə ciddi uğurlar əldə edilib. Bu məsələdə də Sizin şəxsi qayğınız və diqqətiniz sayəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.
Hörmətli cənab Prezident, indi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən də tikinti və yenidəqurma, yeni yolların salınması, təmir edilməsi üçün hər bir çox şərait yaradılmışdır. Sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı da göz qabağındadır. Bu gün ölkə insanlar Sizi özlərinin himayədarı və köməyi bilirlər. Elə buna görədir ki, dövlətimizin həyata keçirdiyi əksər layihələrdə canla-başla təmsil olunmağa çalışırlar. Bu gün məni və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin bir neçə işçilərini “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Azərbaycanın daha da qüdrətlənməsi, güclənməsi və yeni-yeni böyük uğurlara imza atmasında əldə etdiyiniz naliyyətlərinin sayı daha da bol olmasını diləyirik. Ulu Tanrıdan Sizi Azərbaycanımızın rəhbərliyindən əskik olmamasını arzu edirik.


21:52 22.02.2017