KANAL24.AZ
Az Iw En Ru

Türkiyə-Azərbaycan iki dövlət deyil.....-Dənizli valisi

Bundan sonra hər kəs bilsin ki, Azərbaycana xor baxanlara Türkiyə səssiz qalmayacaq.

Bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybekçi Xocalı soyqırımın ildönümü ilə bağlı Dənizli şəhərində baş tutan toplantıda deyib.

“Biz bu topraqları qanlarımızla aldıq. Biz deyərkən hər iki dövləti nəzərdə tuturam. Sərhədlər var aramızda. İki ayrı dövlət olmuşuq. Amma baxdığımızda eyni millətik. Hər şeyimizlə eyniyik”.

Toplantıda şəhər valisi Əhməd Altıbarmağın açıqlaması isə daha diqqətçəkici olub:

“Türkiyə-Azərbaycan haqqında danışanda iki dövlət, bir millət nəzərdə tutulur. Hətta mənə görə iki dövlət belə deyil. Çünki birinin kədəri digərinindir. Eləcə də birinin gücü digərinə təsir edir. Dolayısıyla biz bunu indi yaşamırıq. Bu, XVIII əsrdən belədir. O dönəmə nəzər yetirdikdə Seyid Onbaşının rəhbərliyi ilə rus-erməni işğalına qarşı savaş aparılırdı”.


23:07 26.02.2017