KANAL24.AZ
Az Iw En Ru

İran ordusu Hind okeanında təlimə başlayıb

İran hərbi dəniz qüvvələri Hind okeanının şimalında irimiqyaslı hərbi təlimlərə başlayıb.

“Tasnim” agentliyi xəbər verir ki, təlimlərə İran HDQ komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə start verilib. Hərbi təlimlərdə kəşfiyyat əməliyyatları, taktiki manevrlər habelə xilasetmə əməliyyatlarının keçirilməsi nəzərdə tutulur.

Müdafiə əməliyyatı çərçivəsində İran istehsalı olan hərbi texnika, o cümlədən sualtı qayıqlar və helikopterlər istifadə olunacaq. İran HDQ komandanlığı təlimdə iştirak edəcək hərbçi və silahların sayı barədə məlumat verməyib.


22:15 26.02.2017