KANAL24.AZ
Az Iw En Ru

Bakıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə doqquzmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını alıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:45-də başa çatıb.

04:49 25.02.2017