KANAL24.AZ
Az Iw En Ru

Bu şəxs bir həftə daşın içində yaşayacaq- Dünyada ilk

Parisdə “Paris Palas de Tokis” sərgisində nümayiş etdiriən qaya parçasının içərisində insan yaşayacaq.
 
Qaya parçası fransız rəssam Abraham Poinşevalın yerləşə biləcəyi qədər oyulub. Gənc fransız düz bir həftə daşın içərisind yaşayacaq. Onun yanında yalnız bir həftəlik qida və qeydlər aparmaq üçün kiçik dəftərçə olacaq. Abraham dünyadakı bütün əşyaların, təbiətdəki bütün varlıqların nə olduğunu anlamaqdan ötrü onların daxilinə sirayət etməyin vacibliyini bildirib. O, qaya parçasının tam mahiyyətini anlamaqdan ötrü bunu etdiyini deyir. 

18:25 24.02.2017