KANAL24.AZ
Az Iw En Ru

Elm məşhur cizgi filminin qəhrəmanını gerçək həyata qaytaracaq- 4000 ildən sonra

ABŞ-ın Harvard Universitetinin alimləri 4000 il bundan əvvəl kökü kəsilən mamont növünü yenidən bərpa edəcək. 
Nəsli kəsilən mamontları həyata qaytarmaq üçün fillərlə sayı çox az qalan tüklü mamontlara aid embrionlardan istifadə ediləcək. Bu əsnada çalışmalara başlanılıb.  
Əvvəlcə, qalın tüklər, möhkəm yağ təbəqəsinə malik olan mamontların embrionu yaradılacaq. Daha sonra həmin embrion fillərin DNA-sı ilə birləşdiriləcək. 
 
Həmin mamontların hündürlüyü 4,5 metr, ağırlığı isə 8 tondur.
Qeyd edək ki, embrionu yaradılacaq mamont növünü dünya ictimaiyyəti məşhur “Buz dövrü” cizgi filmindən tanıyır. Manni adlı nəhəng mamont cizgi filminin xeyirxah personajıdır.

18:20 24.02.2017