KANAL24.AZ
Az Iw En Ru

Yığmamızın futbolçusu bağışlandı

"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz bağışlanıb.

Bu barədə Türkiyə mətbuatına komandanın baş məşqçisi Mutlu Topçu məlumat verib. 

O,  Super Liqanın 21-ci turunda "Kayserispor"la oyundan sonra cəzalandırılan Dəniz Yılmaz və Sərcan Yıldırımın heyətə qaytarıldığını bildirib:

"Bu futbolçuların komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. Onları düzgün yola gəlmələri üçün bu addımı atmışdıq. Növbəti oyunlara ciddi hazırlaşmalarını istəyirdik. Qarşıdan gələn matçlarda hər iki futbolçunu meydanda görə bilərsiniz".

 

Qeyd edək ki, Türkiyə Super Liqasının 21-ci turunda  "Kayserispor"la keçirilən oyunda (0:2) rəqibə qarşı kobud oynayan Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin oyundan sonra millimizin üzvü "Bursaspor"un əsas komandasından uzaqlaşdırılmışdı.


01:59 24.02.2017