KANAL24.AZ
Az Iw En Ru

Konqoda Gürcüstan vətəndaşını əsir götürdülər - Polkovniki yaraladılar

Konqo silahlıları Gürcüstan vətəndaşını girov götürüb.

Qiyamçılar hökumət qüvvələrinə məxsus iki helikopteri vurublar. Həmin helikopterlərdən birini gürcüstanlı pilot, polkovnik Soso Osurauli idarə edib. Nəticədə helikopterdə olan başqa bir Gürcüstan vətəndaşı, istefada olan polkovnik David Makişvili yaralanıb, pilot isə əsir götürülüb.
 
Silahlılar Soso Osuraulinin azad olunması müqabilində bir milyon dollar pul tələb edirlər.
 
Girov götürülən pilotun ailəsi Osuraulinin iki il əvvəl Gürcüstanı tərk etdiyini və vaxtaşırı onlarla əlaqə saxladığını deyib.
 
Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, sabiq hərbçilərin Konqoya hansı səbəbdən getməsinin səbəbləri məlum deyil.


23:45 23.02.2017