KANAL24.AZ
Az Iw En Ru

Neft Daşlarında ölüm hadisəsi

"Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

SOCAR-dan verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


02:18 23.02.2017