KANAL24.AZ
Az Iw En Ru

Zabrat sakinləri AYAĞA QALXDI - SƏBƏB

İki gündür Sabunçu rayonu, Zabrat 1 qəsəbəsinin sakinləri mavi qaza həsrət qalıblar.

Sakinlərin verdiyi məlumata görə, dəfələrlə heç bir xəbərdarlıq edilmədən qazları kəsilib. Bu da narazılığa səbəb olub. Soyuq qış aylarında tez-tez evlərinə verilən təbii qazın kəsilməsi sakinləri çətin vəziyyətdə qoyub.

“Problemi həlli üçün aksiya keçirməkdən başqa bir yol yolumuz qalmayıb. Nə üçün şaxtalı havada bizə bu problemi yaşadırlar. Ya qaz kəsilir, ya da qaz veriləndə təzyiqi çox aşağı olur”, - deyə sakinlər bildirir.

Sakinlərin şikayəti ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev Publika.az-a açıqlamasında problemdən xəbərdar olduğunu dedi: “Ərazidə təbii qazın verilişinin dayandırılması ilə bağlı bizə də müraciətlər daxil olub. Problemin hansı ərazilərdə olduğunu bilirik. Qazın verilişində məhdudiyyət tənzimləmə işləri ilə əlaqədardır. Yaxın saatlarda problemin aradan qaldırılacaq”.


00:18 10.02.2017