KANAL24.AZ
Az Iw En Ru

Həftənin ilk iş günü hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 14-19° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 2° isti olacağı ehtimalı var.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı ehtimalı var.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

15:29 06.02.2017