KANAL24.AZ
Az Iw En Ru

Südabə Həsənovaya "Əməkdar hüquqşünas" fəxri adı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovaya "Əməkdar hüquqşünas" fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adı verilsin.


23:47 03.02.2017