KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisdə internet mediaya maliyyə ayrılmasından danışıldı

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb.

Ə.Amaşov domen və hostinq alan insanların bəzilərinin internetdə istədiyini yazmasının qanunda olan boşluqlardan biri kimi dəyərləndirib:

“İndi bu cür məsələləri məhkəmə müstəvisində həll etmək çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Buna görə də, təklif edirəm ki, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, internet mediasına dövlət tərəfindən maliyyə ayrılsa, bu, çox yaxşı olar”.


22:14 01.02.2017