KANAL24.AZ
Az Iw En Ru

Deputatları narahat edən 4 MƏSƏLƏ

"Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb".

Bunu Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında millət vəkili Tahir Rzayev deyib. Bu hallara qarşı müvafiq orqanların tədbirlər gördüyünü deyən T. Rzayev təmsil etdiyi komitə tərəfindən regionlarda, xüsusilə erkən nikahların daha çox qeydə alındığı cənub bölgəsində görüşlərin təşkilinin tədbirlər planına salınmasını təklif edib. 

Komitə sədri Aqiyə Naxçıvanlı vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının artmasından narahat olduğunu bildirib. O, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq hallarından narahatlıq doğurduğunu söyləyib. A. Naxçıvanlının sözlərinə görə, uşaqları qəyyumluğa götürən zaman da çoxlu problemlər yaranır: "Komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4 müraciət olub. Bizə deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evindən seçmişik, lakin bu gün onun 4 yaşı var, hələ də onu qəyyumluğa götürə bilmirik. Bilirsiniz ki, uşaqlarla bağlı qanun qəbul edilib. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir".
 
A. Naxçıvanlı əlavə edib ki, yaxın vaxtlarda "Ailədaxili münaqişələrin yaranma səbəbləri və bunların aradan qaldırılması yolları" mövzusunda "dəyirmi masa" keçiriləcək. 


21:11 25.01.2017