KANAL24.AZ
Az Iw En Ru

İdlib bombalandı:6 uşaq həlak oldu

Suriyanın şimal-şərqindəki İdlib şəhərinin kəndlərindən birinə edilən hava hücumu zamanı 6 uşaq həlak olub.

Hava zərbələri zamanı 8 mülki şəxs yaralanıb.

Şəhərin mülki müdafiə səlahiyyətlilərindən olan Leys əl Faris bildirib ki, hərbi təyyarə İdlibin şimalını bombardman edib. Təyyarənin hansı silahlı birləşməyə və ya orduya aid olduğu məlum deyil.

Bombardman zamanı xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib.

Leys əl Faris bununla yanaşı, ABŞ-ın rəhbərrlik etdiyi hərbi koalisiyaya məxsus olduğu ehtimal edilən hərbi təyyarənin də İdlibdəki hərbi obyektlərdən birini bombardman etdiyini deyib.


05:55 23.01.2017