KANAL24.AZ
Az Iw En Ru

Avropada "Pandora" əməliyyatı: 75 nəfər saxlanıldı

Avropanın ayrı-ayrı ölkələrində incəsənət əsərlərinin və mədəni-tarixi abidələrin oğurluğuna, habelə satışına qarşı mübarizə məqsədilə irimiqyaslı əməliyyat keçirilib.

"RİA Novosti"yə istinadən xəbər veririk ki, bu barədə İspaniyanın Mülki Qvardiyası bildirib.

Məlumata görə, əməliyyat zamanı 75 nəfər saxlanılıb. Onlardan 3,5 mindən çox mədəniyyət abidəsi götürülüb.

Xəbərdə qeyd edilir ki, "Pandora" əməliyyatında Avropanın 18 ölkəsi, həmçinin Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib. İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılmış 3561 mədəni abidəsiinin yarısı arxeoloji tapıntılardır.

Saxlanılanların hansı ölkələrin vətəndaşı olmaları barədə məlumat verilmir.

 

 

 


05:44 23.01.2017