Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsindən (RPİ) bildirilir ki, Çevik Polis Alayına məxsus "Fiat Doblo" markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı RPİ-də araşdırma aparılır.