KANAL24.AZ
Az Iw En Ru

"Bizim üzərimizə silah çəkən terror təşkilatlarının əlindəki silahların Qərbdə istehsal edilmiş olması çox dəhşətli haldır."-Nazir müavini

"Bizim üzərimizə silah çəkən terror təşkilatlarının əlindəki silahların Qərbdə istehsal edilmiş olması çox dəhşətli haldır."

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Veysi Kaynak bildirib.

O deyib: “İŞİD və bölgədəki digər terror təşkilatlarına qarşı birlikdə mübarizə aparmağa qərar vermişiksə, quruda da birlikdə mübarizə aparaq.

“İncirlik” hava bazasında bölgənin təhlükəsizliyi üçün birlikdəyiksə, birgə hərəkət etməliyik. "İncirlik" məsələsi, təbii ki, sual altında qalır, lakin “buranı dərhal bağlayacağıq” deməyimiz də mümkün deyil. Bir çox ölkələrin təyyarələri üçün “İncirlik” bazasını açmışıq, amma o ölkələrin silahları, təəssüf ki, bizim “Fərat qalxanı” əməliyyatındakı tankımızı məhv edir, əsgərimizi şəhid edir. Problem təkcə “İncirlik”dəki təyyarələrin bizə hava dəstəyi verməməsi deyil.

Bizə qarşı silah istifadə edən terror təşkilatlarına verilən silahların Qərb istehsalı olması çox dəhşətlidir."


08:03 19.01.2017