KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Məsud Bərzani ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Davosda İraq Kürdüstan Regional hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Prezident İlham Əliyev xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırlayıb. Məsud Bərzani atasının xatirəsini yad etdiyi üçün prezident İlham Əliyevə minnətdarlığını bildirərək atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
06:05 19.01.2017