KANAL24.AZ
Az Iw En Ru

Rusiya İŞİD-in yeni planını açıqladı

İŞİD terror qruplaşmasının döyüşçüləri Palmira şəhərində silah, partlayıcı maddələr və canlı qüvvə toplayır. SİTA agentliyinə istinadən xəbər veririk ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Əsas operativ idarəsinin rəhbəri, general-leytenant Sergey Rudskoy bildirib. “Biz bir neçə mənbə tərəfindən təsdiq edilən informasiya aldıq. İŞİD döyüşçüləri tarixi mirasın məhv edilməsi məqsədi ilə Palmira rayonuna böyük miqdarda partlayıcı maddələr göndərirlər”, - deyə o əlavə edib. Rudskoyun sözlərinə görə, Palmiraya silah və partlayıcı maddələrin göndərilməsi Türkiyənin Suriyanın Əl Bab mahalında, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqın Mosul şəhəri ətrafında apardığı əməliyyatları ilə bağlıdır. Generalın fikrincə, bu, Suriyanın şərq hissəsində İŞİD-in əhəmiyyətli güclərinin cəmlənməsinə səbəb olur. Qeyd edək ki, Suriya ordusu 2016-cı ilin martında Rusiyanın dəstəyi ilə Palmiranı azad edib. Terrorçular dekabrın 11-də Palmiranı yenidən tutublar.
03:38 19.01.2017